“Xəzər Lənkəran” rumıniyalı qapıçı ilə anlaşdı - YENİLƏNİB
31.07.2014 - 16:49
“Xəzər Lənkəran” rumıniyalı qapıçı ilə anlaşdı  - YENİLƏNİB

“Xəzər Lənkəran” növbəti transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, neçə vaxtdır qapıçı axtarışında olan cənub təmsilçisi rumıniyalı Kristian Belqradyenlə anlaşmağa yaxındı.

 

Tərəflər arasında danışıqlar gedir və yaxın günlərdə məsələyə aydınlıq gələcək.

 

Kristianla daha bir Azərbaycan klubu “İnter” də maraqlansa da, o, “ağ-yaşıllar”a üstünlük verib.

 

Son anda əldə etdiyimiz məlumata görə, “Xəzər Lənkəran” artıq Kristian Belqradyenlə bütün məsələlərdə anlaşıb. “Dinamo” ilə yollarını ayırıb, azad agent statusu alan qolkiperin yaxın iki gün ərzində Bakıya gəlib, rəsmi müqaviləyə imza atacağı gözlənilir.

 

Onu da bildirək ki, Kristian 3 ildir “Xəzər Lənkəran”da oynayan həmyerlisi Adrian Skarlatake ilə yaxın dostdu. Qapıçının “ağ-yaşıl” komandaya transferində də əsas rolu məhz rumın müdafiəçi oynayıb. Onun israrından sonra Belqradyen Azərbaycana gəlməyə razılıq verib.

 

Rumıniyanın əsas yığmasında 1 oyun keçirən futbolçu “Dinamo” ilə yanaşı, “Minerul”, “Braşov”, “Liberti” və “Arad”da çıxış edib.  Buxarest təmsilçisinə keçdikdən sonra - 2010-cu ildə “Unirea”ya icarəyə verilib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” bunadək Rəşad Sadiqov, Aleksandr Şemonayev, Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko, Rauf Əliyev və Əfran İsmayılovu transfer edib.

 

0