[b]UEFA “Qafqazın “Barselona”sı” ləqəbini tanıdı[/b]
31.07.2014 - 16:02
[b]UEFA “Qafqazın “Barselona”sı” ləqəbini tanıdı[/b]

Ağdamın “Qarabağ” klubunun uğurları UEFA-nın da diqqətini özünə çəkib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin ilk oyunları ilə bağlı şərhdə Azərbaycan çempionunu günün qəhrəmanlarından sayan rəsmi orqan bununla kifayətlənməyib.

 

Belə ki, Avstriya “Zalsburq”u üzərində 2:1 hesablı qələbədən sonra Avropa futbol qurumunun rəsmi internet saytı klubla bağlı xüsusi yazı hazırlayıb. Dərc olunan materialda Qurban Qurbanovun yetirmələrinin matçı azlıqda - 9 futbolçu ilə bitirməsi də xüsusi vurğulanıb.

 

UEFA saytının oxucularını Ağdam təmsilçisinin tarixi ilə tanış edib, uğurunun əsas memarları haqda məlumatlandırıb. Burada baş məşqçi Qurban Qurbanov, həmçinin aparıcı ifaçılar – Reynaldo, Danilo Dias, Riçard Almeyda və Rəşad Sadıqova yer ayrılıb.

 

Təmsilçimizin oyun üslubunun qısa dəyərləndirilməsi də UEFA-nın rəsmi saytında əksini tapıb. Yazıda o da qeyd olunub ki, “Qarabağ” azarkeşlər arasında həm də “Qafqazın “Barselona”sı” kimi tanınır. Bu da müxtəlif taktiki sxemlərdə oynayan, amma qısa ötürmələrə sadiqlikdə Kataloniya təmsilçisinə bənzəməklə bağlıdır.

 

0