Üçüncü cəhd - YENİLƏNİB
04.08.2014 - 22:36
Üçüncü cəhd - YENİLƏNİB

Norveçin Tromse şəhərində Ümumdünya Şahmat Olimpiadası davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günündə kişilərdən ibarət Azərbaycan millisi Xorvatiya yığmasını sınağa çəkib.

 

İlk 2 turda məğlub olmayan komandaların duelində Aleksandr Xolifmanın yetirmələri favorit idi. Azərbaycan komandası ümidi doğruldaraq 2,5:1,5 hesabı ilə qalib gəlib.

 

Qadın şahmatçıların mübarizəsində isə Fikrət Sideifzadənin rəhbərlik etdiyi komanda İsveçrəni sınağa çəkib. Qarşılaşmanın çətin keçəcəyi və millimizin qalib gələcəyi proqnozlaşdırılırdı. Proqnoz özünü doğruldub və təmsilçilərimiz 2,5:1,5 hesabı ilə qalib gəliblər.

 

4 avqust

III tur

 

Kişilər

AZƏRBAYCAN – Xorvatiya - 2,5:1,5
Şəhriyar Məmmədyarov (2743) - İvan Sariç (2671) - 0,5-0,5
Teymur Rəcəbov (2724) – Xrvoe Steviç (2606) - 0,5:0,5

Eltac Səfərli (2649) – Mladen Palats (2563) - 1:0
Qədir Hüseynov (2613) – Zdenko Kozul (2608) - 0,5 - 0,5

 

 

Qadınlar

AZƏRBAYCAN – İsveçrə - 2,5:1,5
Zeynəb Məmmədyarova (2229) – Monika Seps (2236) - 0:1
Gülnar Məmmədova (2334) – Barbara Hand (2153) - 1:0
Xəyalə Abdulla (2286) – Qundula Heynats (2169) - 0,5:0,5
Səbinə İbrahimova (2263) – Kamilla De Sero (2129) - 1:0

 

 

0