Azərbaycan Fransaya qalib gəldi - YENİLƏNİB
05.08.2014 - 21:10
Azərbaycan Fransaya qalib gəldi - YENİLƏNİB

Bu gün Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında IV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan milliləri daha güclü rəqiblərlə qarşılaşıblar.

 

Belə ki, Aleksandr Xolifmanın kapitanı olduğu kişilərdən ibarət millimiz əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən Fransa ilə münasibətinə aydınlıq gətirib. Millimiz güclü rəqibə 2,5:1,5 hesabı ilə qalıb gəlib.

 

Qadınlardan ibarət yığmamız isə Çinlə qarşılaşıb. Fikrət Sideifzadə asiyalılarla matçda Türkan Məmmədyarovaya yenidən şans verib. Olimpiadanın reytinq-favoriti millimizə 3:1 hesabı ilə qalib gəlib.

 

 

5 avqust

IV tur

 

Kişilər

FRANSA - AZƏRBAYCAN - 1,5 - 2,5

Maksim Vaşye-Laqrav (2768) - Şəhriyar Məmmədyarov (2743) - 0:1

Etyen Bakro (2720) - Teymur Rəcəbov (2724) - 0,5:0,5

Loran Fressine (2708) - Rauf Məmmədov (2659) - 0,5:0,5

Vladislav Tkaçev - Eltac Səfərli (2649) - 0,5:0,5

 

Turnir cədvəli: 1. Fransa, 2. Serbiya (əlavə göstəricilər – hamısı 32), 3. Rusiya (30), ...8. Azərbaycan (24) – hamısı 6 xal

 

Qadınlar

ÇİN - AZƏRBAYCAN - 3:1

Hou İfan (2661) - Zeynəb Məmmədyarova (2229) - 1:0

Cun Ven Çu (2559) – Gülnar Məmmədova (2334) - 0,5:0,5

Jonqi Tan (2468) - Türkan Məmmədyarova (2274) - 1:0

Quo Qyu (2453)  - Səbinə İbrahimova (2263) - 0,5:0,5

 

Turnir cədvəli: 1. İran, 2. Çin, 3. Ermənistan (hamısı 28), ...11. Azərbaycan (18) – hamısı 6 xal

0