Ylğmalarımızdan inamlı qələbə - YENİLƏNİB
08.08.2014 - 22:01
Ylğmalarımızdan inamlı qələbə - YENİLƏNİB

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 1 günlük fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın VI turunda Azərbaycan milliləri Gürcüstan və Puerto Riko ilə üz-üzə gəliblər.

 

Bir tur öncə Serbiya ilə matçda qələbə seriyasını dayandıran Aleksandr Xalifmanın yetirmələri bu dəfə xal itirməyiblər. Əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edən yığmamızın qalib gəlib.

 

Son 2 qarşılaşmada xal qazana bilməyən qadınlardan ibarət millimizi isə Puerto Rikonu sınağa çəkib. Fikrət Sideifzadənin başçılıq etdiyi komandamız xal ehtiyatını yaxşılaşdırıb və xeyli irəliləyib.

 

 

8 avqust

VI tur

 

Kişilər

AZƏRBAYCAN - GÜRCÜSTAN 3,5:0,5


Şəhriyar Məmmədyarov (2743) - Baadur Cobava (2713) - 1:0

Teymur Rəcəbov (2724) - Mixail Mçedlişvili (2618) - 0,5:0,5

Rauf Məmmədov (2659) - Qayoz Niqalidze (2542) - 1:0

Qədir Hüseynov (2613) - Konstantin Şanava (2563) - 1:0

 

 

Qadınlar

PUERTO RİKO - AZƏRBAYCAN - 1:3

Nataşa Morales (1726) - Zeynəb Məmmədyarova (2229) - 1:0

Keyşla Veqa Ximenes (1664) - Gülnar Məmmədova (2334) - 0:1

Jenid Fiqeroa (1454) - Xəyalə Abdulla (2286) - 0:1

Rineli Komas (1762) - Türkan Məmmədyarova (2274) - 0:1

 

Turnir cədvəli: 1. Çin (97), 2. Macarıstan (86), 3. Rusiya (68,5) – hamısı 10, ...36. Azərbaycan (53), ...55. Puerto-Rika (29) - 6

0