[b]Kirsan İlyumjinov yenidən FİDE prezidenti seçildi[/b]
11.08.2014 - 23:03
[b]Kirsan İlyumjinov yenidən FİDE prezidenti seçildi[/b]

Rusiyalı Kirsan İlyumjinov FİDE-nin prezident seçkilərində növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, İlyumjinov rəqibi olan 13-cü dünya çempionu Harri Kasparovu 49 səs qabaqlayıb.

 

Norveçin Tromse şəhərində keçirilən Baş Assambleyada 110 ölkə İlyumjinovu, 61 ölkə isə Kasparovu dəstəkləyib. Bununla da o, növbəti 4 il ərzində də FİDE-nin prezidenti vəzifəsini icra edəcək. 

Qeyd edək ki, İlyumjinov 1995-ci ildən FİDE-nin prezidentidir.

0