ABŞ və Polşa yığmalarımıza rəqib oldular
13.08.2014 - 08:29
ABŞ və Polşa yığmalarımıza rəqib oldular

Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının son turunda Azərbaycan millilərinin rəqibləri məlum olub. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq XI turda kişilərdən ibarət yığmamız ABŞ şahmatçıları ilə qarşılaşacaqlar.

 

Qadınlardan ibarət millimizin rəqibi isə Polşa olacaq.

 

Qeyd edək ki, Olimpiadada bu gün istirahət günüdür.

0