"Çelsi" səfərdən 3 xalla dönür
19.08.2014 - 00:50
"Çelsi" səfərdən 3 xalla dönür

İngiltərə Premyer Liqasında yeni mövsümə startı verilib. Apasport.az saytının xəbərinə görə, I turda 7 qarşılaşma keçirilib.

 

Mövsüm “Mançester Yunayted” -  “Suonsi” matçı ilə start götürüb. Hollandiyalı mütəxəssis Lui van Qalın “qırmızı şeytanlar”ın “sükanı arxası”nda debütü uğursuz alınıb.  Belə ki, "Old Trafford" arenasında baş tutan oyunda meydan sahibləri məğlub olublar.

 

Digər oyunlarda “Arsenal” öz meydanında “Kristal Pelas”dan üstün olub. “Hall Siti” səfərdə KPR-i, “Tottenhem” isə son dəqiqə qolu ilə “Vest Hemi” məğlub edib.

 

Bu gün daha 2 qarşılaşma baş tutub ki, “Liverpul” evdə “Sautqempton”a, “Mançester Siti” isə səfərdə “Nyukasl”a qalib gəlib.

 

Tura “Bernli” - “Çelsi” oyunu ilə yekun vurulub. 14-cü dəqiqədə məğlub duruma düşən londonlular fasiləyəcən 3 qol vuraraq, mövsümdə ilk qələbəsini qazanıb.

 

 

İngiltərə Premyer Liqası, I tur

18 avqust

 

“Bernli” – “Çelsi” - 1:3
Arfild, 14 - Kosta, 17; Şürle, 21; İvanoviç, 34

 

16 avqust

 

“Arsenal” – “Kristal Pelas” - 2:1
Koselini, 45, Remsi, 90+1 - Hanqeland, 35

 

“Mançester Yunayted” – “Suonsi”- 1:2
Runi, 53  - Ki Sung-Yong, 28; Siqurdson, 72

 

“Lester” – “Everton” - 2:2
Ulloa, 22; Vud, 87 - Makkedi, 21; Neysmit, 45


KPR – “Hall Siti” - 0:1
Çester, 52

 

“Stok Siti” – “Aston Villa” - 0:1
 Veymann, 50
 

“Vest Bromviç” – “Sanderlend” - 2:2
Berauno, 42 (pen); 74 - Kattermoul, 5; Larsson, 85

 

“Vest Hem” – “Tottenhem” - 0:1
Kane, 90+3
Qırmızı vərəqə: Naytan, 29 (Tottenhem)
 

 

17 avqust

 

 “Liverpul” – “Sautqempton - 2:1

“Nyukasl” – “Mançester Siti” - 0:2
 

 

 

 

0