Lənkəranda sensasiya, mərkəzi oyunda bərabərlik
16.08.2014 - 20:51
Lənkəranda sensasiya, mərkəzi oyunda bərabərlik

Bu gün keçirilən 3 görüşlə Topaz Premyer Liqasında II tura start verilib. Apasport.az saytının xəbərinə görə, turun mərkəzi görüşü İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub.

 

İlk turun “Sumqayıt”la matçında legioner limitini pozduğu üçün texniki məğlubiyyət alan son çempion “Qarabağ” bu dəfə “İnter”lə qarşılaşıb. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda qapılara top vurulmayıb.

 

Mərkəzi oyundan fərqli, “Bakcell Arena”da baş tutan “Neftçi”  - “Bakı” görüşündə isə 1 qol qeydə alınıb. Afrikalı legioner Julius Vobayın yeganə qolu “ağ-qaralar”ın mövsümdə ilk qələbəsini təmin edib.

 

Günün son matçı da 1:0 hesabı ilə yekunlaşıb. Çoxları “Xəzər Lənkəran”ın öz meydanında asan qələbə qazanacağını proqnozlaşdırsa da, hər şey əksinə olub. 34-cü dəqiqədə Orxan Sadıqlının meydandan qovulmasından sonra azlıqda qalan cənub təmsilçisi az sonra qapısında qol görüb. Qalan vaxt ərzində buraxılan qolun əvəzini çıxa bilməyən “Xəzər Lənkəran” mövsümün ilk ev oyununda sensasion məğlubiyyətlə üzləşib.

 

Topaz Premyer Liqası, II tur

16 avqust (şənbə)

 

 “Xəzər Lənkəran” – “Sumqayıt” - 0:1

Qol: Məhəmməd Qurbanov, 37
Qırmızı vərəqə: Orxan Sadıqlı, 36
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev 
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko, 99. Dejan Blajevski

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Etame Mbilla, 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov
Baş məşqçi: Oğuz Çətin

“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 6. Tagim Novruzov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov. 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov. 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 8. Ceyhun Cavadov, 11. Kiyan Sultanpur, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 23. Şəhriyar Xəlilov
Baş məşqçi: Aqil Məmmədov

 

“Neftçi” – “Bakı” - 1:0
Qol: Julius Vobay, 22
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov 
Bakcell Arena” stadionu

“Neftçi”: 1. Emil Balayev, 3. Denis Silva, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Ernest Nfor, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 8. Elşən Abdullayev, 17. Nicat Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov,
Baş məşqçi: Böyükağa Hacıyev

“Bakı”: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat. 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 14. Elvin Əliyev, 19. Elton Hüseynov, 22. Risto Ristoviç, 37. Mikayıl Rəhimov
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 15. Azad Kərimov, 17. Elmin Əsgərli, 18. Əziz Quliyev, 21. Elşad Manafov, 55. Aydın Mustafazadə
Baş məşqçi: İbrahim Uzunca

 

“Qarabağ” – “İnter” - 0:0
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov 
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov 
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 11. Danilo Dias, 20. Riçard Almeyda, 24. Admir Teli, 33. Şəhriyar Əliyev, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 70. Marinaldo Çiçero, 99. Namiq Ələsgərov
Baş məşqçi: Qurban Qurbanov

“İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (k), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Slavço Georgiyevski, 24. Fuad Bayramov. 27. Dieqo Madriqal, 33. Matiya Spiçiç, 80. Nizami Hacıyev, 91. Coşqun Diniyev
Baş məşqçi: Kaxaber Sxadadze 

 

Turun “Simurq” – AZAL və “Qəbələ” – “Araz-Naxçıvan” görüşləri sabah baş tutacaq

 

komanda
o 
q
h
m
t/f
x
 Sumqayıt
2
2
0
0
4-0
6
 İnter
2
1
1
0
4-0
4
 Аraz N
1
1
0
0
3-0
3
 Neftçi
2
1
0
1
1-3
3
 AZAL
1
0
1
0
1-1
1
 Хəzər L
2
0
1
1
1-2
1
 Qarabağ
2
0
1
1
0-3
1
 Qəbələ
1
0
0
1
0-4
0
 Bakı
1
0
0
1
0-1
0
 Simurq
0
0
0
0
0-0
0
0