[b]Yığmamızın baş məşqçisindən səssiz səfər, gizli toplanış[/b]
19.08.2014 - 12:12
[b]Yığmamızın baş məşqçisindən səssiz səfər, gizli toplanış[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırlıqlara start verib. Apasport.az saytının əldə etdiyi məlumata görə, komandamızın baş məşqçisi Zlatan Vanev dopinq qalmaqalından sonra ölkəmizə növbəti dəfə səfər edib.

 

Onun Bakıda federasiya rəsmiləri ilə danışıqlar apardığı, komandanın hazırlığına müsbət cavab aldığı bildirilir. Vanev cəzalı idmançılarımıza vətənində məşq keçəcək. Özü də maraqlıdır ki, təlim-məşq toplanışına cəmi 3 atleti - Firudin Quliyev, Kristina Yovu və Valentin Xristov cəlb edilib.

 

Digər cəzalı atletlərin idmandan kənarlaşdıqları, hətta özlərinə yeni iş tapdıqları bildirilir.

 

Qeyd edək ki, 18 atletimizi cəzalandıran Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycan Ağır Atletika Federasiyasını (AAAF) 500 min dollar cərimə də edib. Avqustun sonuna kimi vaxtı qalan AAAF bu pulu ödəməsə millimiz dünya çempionatını buraxacaq. Lakin Vanevin hazırlıqları bərpa etməsi mundialda iştirakımıza bir işarə də ola bilər.

 

0