“Neftçi” Nikolas Kanaleslə bağlı Çilidən yeni xəbər aldı
19.08.2014 - 21:11
“Neftçi” Nikolas Kanaleslə bağlı Çilidən yeni xəbər aldı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində, avqustun 21-də “Partizan”la ilk görüşü keçirmək üçün Serbiyaya yollanan “Neftçi” Nikolas Kanaleslə bağlı problemi həll edib. Bu haqda apasport.az saytına paytaxt təmsilçisinin vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

 

O bildirib ki, artıq çilili hücumçunun transfer vərəqəsi kluba göndərilib. Bu səbəbdən Kanalesin “Partizan”la görüşdə meydana çıxmasında heç bir problem qalmayıb: “Çili Futbol Federasiyası artıq Kanalesin transfer vərəqəsini göndərib”.

 

Xatırladaq ki, “Neftçi” 29 yaşlı futbolçunun transferini rəsmiləşdirməkdə çətinlik çəkirdi. Buna səbəb isə onun transfer vərəqəsinin yubanması idi. Həmin sənəd üçün Çili Futbol Federasiyasına sorğu göndərilsə də, cənubi amerikalılar məsələnin həllini yubadırdılar.   

 

 

0