Məğlubedilməz qonaqlar
21.08.2014 - 08:18
Məğlubedilməz qonaqlar

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində daha 5 qarşılaşma baş tutub.

 

Baş tutan görüşlər qonaqların üstünlüyü ilə keçib. Belə ki, bütün oyunlarda meydan sahibləri 1 top buraxıb. Rəqib meydanında oynayanlardan ikisinə bu bir top qələbə üçün yetərli olub.

 

Digər 3 qarşılaşmada isə bərabərlik qeydə alınıb. Ümumilikdə isə meydana çıxan 10 komandadan 8-i qol vurub. Yalnız “Lill” və “Standard” bunu bacarmayıb.

 

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

20 avqust

“Lill” (Fransa) - “Porto” (Portuqaliya) – 0:1

Ektor Errera, 61  

“Standard” (Belçika) - “Zenit” (Rusiya) – 0:1

Oleq Şatov, 16

“Slovan” (Slovakiya) - BATE (Belarus) – 1:1

Robert Vittek, 80 - Tomaş Yablonski, 44–avtoqol

“Olborq” (Danimarka) - APOEL (Kipr) – 1:1

Nikolay Tomsen, 16 - Vinisius, 54

“Maribor” (Slovaniya) - "Seltik" (Şotlandiya) – 1:1

Damian Bohar, 14 - Kallum Makqreqor, 6 

 

0