Hər oyunda 3 qol
21.08.2014 - 08:25
Hər oyunda 3 qol

Avropa Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

 

Hər iki qarşılaşmada 3 qol vurulub. Lakin oyunların birində meydan sahibləri, digərində qonaqlar sevinən tərəf olub.

 

Mərhələyə Ukraynada start verilib. Yerli “Dnepr” Xorvatiya təmsilçisi “Hayduk”u sınağa çəkib və çətin qələbə qazanıb – 2:1.

 

Günün digər qarşılaşması isə İslandiyada baş tutub. Ada ölkəsinin “Styarnan” komandası adlı-sanlı İtaliya “İnter” qarşısında aciz qalıb – 0:3

 

Qeyd edək ki, pley-offun ilk oyunları çərçivəsində keçiriləcək digər matçlar bu gün keçiriləcək.

 

Avropa Liqası

 

Pley-off mərhələsi, ilk oyunlar

 

20 avqust

 

“Dnepr” (Ukrayna) – “Hayduk” (Xorvatiya) – 2:1

“Styarnan” (İslandiya) – “İnter” (İtaliya) – 0:3

0