[b]“Mərhələ keçmək, “Neftçi”dən çox bizə lazımdı”[/b] - FOTO
20.08.2014 - 14:52
[b]“Mərhələ keçmək, “Neftçi”dən çox bizə lazımdı”[/b] - FOTO

“Neftçi”yə qarşı Nişdə olduğu kimi oynamalıyıq. Erkən qol vurandan sonra  asan oynamaq mümkündü və tezliklə inamlı qələbəyə nail olursan. Yaxşı olardı ki, matçın əvvəllərində hesabı açaq”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın yarımmüdafiəçisi Darko Braşanats deyib.

 

22 yaşlı futbolçu sabah Avroliqanın pley-off mərhələsi çərçivəsində “Neftçi” ilə keçiriləcək ilk oyundan danışıb. O, Serbiya Superliqasının ötən turunda Niş “Radniçki”sinə 4:1 hesabı ilə qalib gəldikləri matçda olduğu kimi oynamalı olduqlarını bildirib.

 

Braşanatsın sözlərinə görə, onlar qələbə üçün əllərindən gələni edəcəklər: “Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədik. Ona görə də mərhələ keçmək  “Neftçi”dən çox bizə lazımdı. Biz bütün hər şeyi edəcəyik ki, qələbə qazanaq və azarkeşlərimizi sevindirək”.

 

Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.  

0