Luk Kastaynyos: Sabah qələbə qazanmalıyıq
20.08.2014 - 20:14
Luk Kastaynyos: Sabah qələbə qazanmalıyıq

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Tvente” klubunun futbolçusu Luk Kastaynyos oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, futbolçu bu gün təşkil olunan mətbuat konfransında rəqib haqda məlumatlı olduğunu söyləyib: “Qarabağ”ın heyətindən məlumatım var. Bir oyunçusunun – Leroy Corcun hollandiyalı olduğunu bilirəm. Özüm hücumçuyam. 2 mərkəz müdafiəçisi ilə duelimin asan olmayacağını bilirəm. Onlar yaxşı futbolçulardır. Biz sabah qələbə qazanmalıyıq. Mənim qol vurmağımın elə də fərqi yoxdur”.

 

 

0