“Neftçi” – “Partizan” matçının biletləri satışda
21.08.2014 - 08:00
“Neftçi” – “Partizan” matçının biletləri satışda

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” matçının biletləri bu gün satışa çıxarılacaq. Apasport.az-ın Bakı klubunun rəsmi saytına istinadən məlumatına görə, qiyməti sektorlara uyğun olaraq 1, 2, 5, 10 və 50 manat olacaq biletləri saat 12:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

 

Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlanacaq.

0