Kanales “Neftçi”nin iştirak ərizəsində
21.08.2014 - 08:06
Kanales “Neftçi”nin iştirak ərizəsində

“Neftçi” yeni transferi Nikolas Kanalesin adını Avropa Liqasının iştirak ərizəsinə daxil edib. Apasport.az saytının məlumatına görə, əgər məşqçilər korpusu şans versə, 29 yaşlı çilili hücumçu pley-off mərhələsi çərçivəsində komandaya kömək edə bilər.

 

Bir neçə gün əvvəl paytaxt təmsilçisi ilə 1+1 illik müqavilə imzalayan çilili futbolçu bu gün qayıdışdan sonra ilk matça çıxa bilər. Bununla da Nikolas Serbiyada keçirləcək “Partizan” – “Neftçi” oyununda iştirak etmək imkanı qazanıb.

0