“Neftçi”dən 4 qol, 2 avtoqol - YENİLƏNİB
22.08.2014 - 00:08
“Neftçi”dən 4 qol, 2 avtoqol - YENİLƏNİB

Tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamağa yaxın olan “Neftçi” bu gün təsnifat mərhələsində son səfər oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibi Serbiyada yerli “Partizan”ın qonağı olub.

Böyükağa Hacıyevin yetirmələri iki il əvvəl uduzmadığı Belqraddan yenə müsbət nəticə ilə dönməyə yaxın olsa da, bunu bacarmayıblar. Düzdür, “ağ-qaralar” matça yaxşı başlayıblar. Onlar Denis Silvanın dublu ilə 2:0 hesabı ilə önə də keçiblər.

 

Lakin sonradan oyunun axarı dəyişib. “Neftçi”ni sevindirən Silva növbəti qolunu öz qapısına vurub. Ardınca Petar Qrbiç oyunda status-kvonu bərpa edib.

 

İkinci hissə isə rəqibin üstünlüyü şəraitində keçib. “Partizan” üçün  qələbə topu da “Neftçi”dən gəlib. Bu dəfə Elvin Yunuszadə “məharətini” göstərib.

 

Lakin Belqradda 2 qol vuran komandamızın qrupa düşmək şansı yüksəkdir. Cari mövsüm avrokuboklardakı səfər matçlarında uğurlu seriyası qırılan paytaxt təmsilçisi bunun üçün cavab oyununda rəqibini məğlub etməlidir.

 

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
"Partizan" (Serbiya) - "Neftçi" - 3:2

QOLLAR: Silva, 11; 17 - Silva, 29 (avtoqol); Qrbiç, 32; Yunuszadə, 69 (avtoqol)
Baş hakim: Hüseyin Göcek
Belqrad. “Partizan” stadionu
 

PARTİZAN: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanats, 11. Nikola Ninkoviç, 14. Petar Qrbiç, 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç.

Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 40. Miloş Ostoyiç, 17. Andriya Jivkoviç, 21. Saşa Markoviç, 22. Saşa İliç, 36. Nikola Qulan, 10. İsmael Fofana.

Baş məşqçi: Marko Nikoliç

 

NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 25. Cavid İmamverdiyev, 95. Elvin Bədəlov, 21. Samir Məsimov, 11. Nikolas Kanales.
Baş məşqçi: Böyükağa Hacıyev.

 

0