Türkiyədə bayram, Fransada sensasiya - YENİLƏNİB
22.08.2014 - 01:03
Türkiyədə bayram, Fransada sensasiya - YENİLƏNİB

Bu gün Avropa Liqasının pley-off mərhələsində 29 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, mərhələyə Qazaxıstandakı iki görüşlə start verilib. Günə Xorvatiyada yerli “Riyeka” ilə Moldova “Şerif”i arasında qarşılaşma ilə yekun vurulub.

 

Azərbaycan azarkeşlərinin diqqəti iki təmsilçimiz – “Neftçi” və “Qarabağ”la yanaşı, Türkiyə klublarına yönəlmişdi ki, qonşularımız da meydanı qələbə ilə tərk ediblər. “Trabzonspor” Rusiya “Rostov”una, “Karabükspor” Fransa “Sent-Etyen”ə qalib gəlib.

 

Günün sensasiyasına isə “Astra” imza atıb. Rumıniya təmsilçisi Fransada 0:1 hesabı ilə geridə olduqları matçı yekunda xeyirlərinə dəyişə biliblər.

 

Topaz Premyer Liqasının vitse-çempionu “İnter”i mübarizədən kənarlaşdıran İsveç “Elfsboqrs”u isə öz meydanında Portuqaliya təmsilçisi “Rio Ave” ilə görüşüb və növbəti qələbəsini qazanıb.

 

Qeyd edək ki, pley-off mərhələsi avqustun 20-də baş tutan iki oyunla start götürüb. “Dnepr” (Ukrayna) “Hayduk”u (Xorvatiya) 2:1, “İnter” (İtaliya) “Styarnan”ı (İslandiya) 3:0 hesabı ilə məğlub edib.

 

Avropa Liqası

Pley-off mərhələsi

“Riyeka” (Xorvatiya) - “Şerif” (Moldova) - 1:0

“Apollon” (Kipr) - “Lokomotiv” (Rusiya) - 1:1

“Yanq Boyz” (İsveçrə) - “Debretsen” (Macarıstan) - 3:1

“Zarya” (Ukrayna) -  “Feyenoord” (Hollandiya) - 1:1

“Trabzonspor” (Türkiyə) - “Rostov” (Rusiya) - 2:0

“Panatinaikos” (Yunanıstan) - “Midtulland” (Danimarka) - 4:1

“Zvolle” (Hollandiya) - “Sparta” (Çexiya) - 1:1

“Zimbru” (Moldova) - PAOK (Yunanıstan) - 1:0

“Partizan” (Serbiya) - “Neftçi” (Azərbaycan) - 3:2

“Spartak” (Slovakiya) - “Sürix” (İsveçrə) - 1:3

“Asteras” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 2:0

“Qrasshoppers” (İsveçrə) - “Brügge” (Belçika) - 1:2

“Lion” (Fransa) - “Astra” (Rumıniya) - 1:2

“Real-Sosyedad” (İspaniya) - “Krasnodar” (Rusiya) - 1:0

“Lokeren” (Belçika) - “Hall Siti” (İngiltərə) - 1:0

“Split” (Xorvatiya) - “Torino” (İtaliya) - 0:0

“Sarayevo” (Bosniya və Herseqovina) - “Borussiya” (M, Almaniya) - 2:3

“Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) - 0:1

“Astana” (Qazaxıstan)  - “Vilyarreal” (İspaniya) - 0:3

“Dinamo” (Moskva, Rusiya) - “Omoniya” (Kipr) - 2:2

“Rux” (Polşa) - “Metallist” (Ukrayna) - 0:0

“Qarabağ” (Azərbaycan) - “Tvente” (Hollandiya) - 0:0

AEL (Kipr) - “Tottenhem” (İngiltərə) - 1:2

HİK (Finlandiya) - “Rapid” (Avstriya) - 2:1

PSV (Hollandiya) - “Şaxtyor” (Belarus) - 1:0

“Karabükspor” (Türkiyə) - “Sent-Etyen” (Fransa) - 1:0

“Dinamo” (Belarus) - “Nasional” (Portuqaliya) - 2:0

“Elfsborq” (İsveç)  - “Rio Ave” (Portuqaliya) - 2:1

“Petrolul” (Rumıniya) - “Dinamo” (Xorvatiya) - 1:3

0