[b]Hollandiyalı məşqçi: Əcnəbi klublar Bakıya gəlib, yaxşı “sillə” yeyirlər[/b]
21.08.2014 - 14:52
[b]Hollandiyalı məşqçi: Əcnəbi klublar Bakıya gəlib, yaxşı “sillə” yeyirlər[/b]

“Düşünürəm ki, “Qarabağ” bu gün qarşılaşacağı “Tvente”ni daha yaxşı təhlil edib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun idman-direktoru Con van Loen deyib.

 

AFFA tərəfindən Ağdam klubuna təyin olunan hollandiyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin bu gün Bakıda keçiriləcək ilk oyunu haqda fikirlərini açıqlayıb.

 

O bildirib ki, hazırda çalışdığı klub Hollandiyanın “Tvente” komandasına qalib gəlmək iqtidarındadı: “Tvente” kimi klubun Bakıya gəlməsinə maraq böyükdü. Lakin onların işi çox çətin olacaq. Çünki xarici klublar Bakıya gəlib, yaxşı “sillə” yeyirlər. Bu gün də “Qarabağ” qalib gələcək. Bu komanda avrokuboklarda böyük azarkeş dəstəyi ilə çıxış edir”.

 

Qeyd edək ki, “Qarabağ”la “Tvente” arasında ilk oyun saat 21:00-da başlayacaq.

0