“Qarabağ”la “Tvente” rəhbərliyi bir arada – FOTO
21.08.2014 - 16:36
“Qarabağ”la “Tvente” rəhbərliyi bir arada – FOTO

Avropa Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya) oyunu öncəsi klub rəhbərləri arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəlin rəqib klubun prezidenti Yoop Munstermannla görüşündə “Azersun Holding”in rəhbərlərindən Fevzihan Aras da iştirak edib.

 

5 il əvvəl elə bu yarışın pley-off mərhələsində qarşılaşarkən əməkdaşlıq haqda saziş imzalayıb “qardaşlaşan” klubların rəhbərləri süfrə arxasında bir araya gəlib. Dostluq, əməkdaşlıq haqda danışan toplantı iştirakçıları sonda xatirə şəkli çəkdirib.

 

Mənbə: qarabagh.com

0