[b]Berti Foqts “Qarabağ” dedi[/b]
21.08.2014 - 19:27
[b]Berti Foqts “Qarabağ” dedi[/b]

Azərbaycan millisinin məşqçilər korpusu klublarımızın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirəcəyi oyunları izləyəcəklər. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu gün baş tutacaq "Qarabağ" - "Tvente" (Hollandiya) qarşılaşmasına yığmamızın baş məşqçisi Berti Foqts Tofiq Bəhramov adına Respublika stadionunda canlı baxacaq.

 

Onun köməkçisi Mahmud Qurbanov isə Serbiyaya ezam olunub. Gənc mütəxəssis paytaxt Belqradda keçiriləcək "Partizan" - "Neftçi" matçını izləyəcək.

0