Alfred Şroyder: Bu, bizim üçün çox yaxşı nəticədir
21.08.2014 - 22:19
Alfred Şroyder: Bu, bizim üçün çox yaxşı nəticədir

“Oyunun bu cür keçəcəyini gözlədiyimizdən buna hazır idik. Şanslarımız oldu. İlk hissədə Kastaynyosun qol vurmaq vəziyyəti vardı. Biz “Zalsburq”la görüşə görə taktikanı qurduq və istəyimizə nail olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Tvente”nin baş məşqçisi Alfred Şroyder deyib.


Bu gün “Qarabağ” Avroliqanın pley-off mərhələsi çərçivəsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Şroyder bunları söyləyib: “Səfərdə bu hesab bizim üçün çox yaxşı nəticədir. Ona görə də hesabdan razıyıq. Hollandiyadakı oyun haqqında heç nə deməyəcəm. İstəyən şəxs gəlib bizim Ensxededəki oyunumuza baxa bilər. “Qarabağ” da kobud oynadı. Amma bizim onlara qarşı kobud oynamağımız xüsusi tapşırıq deyildi. “Qarabağ”ın oyununa ot örtüyü mane olurdu. Amma bundan biz də əziyyət çəkirdik”.

Şroyder 5 il əvvəl Bakıya Stiv Maklarenin köməkçisi kimi gəldiyindən, əvvəlki “Qarabağ”la indikini müqayisə edib: “Fərq var. Hiss olunur ki, indi klubun büdcəsi böyüyüb. Yaxşı oyunçulara sahibdirlər. İndi “Qarabağ” daha çox təcrübə toplayıb. Bu fərq hiss olunur. Amma “Qarabağ”dan hər hansısa bir futbolçu almaq haqda hələ düşünmürük”.

0