Voislav Stankoviç: Bunu heç kim deyə bilməz
22.08.2014 - 09:26
Voislav Stankoviç: Bunu heç kim deyə bilməz

“Oyuna niyə belə pis başladığımızı səbəbini heç kim deyə bilməz. Amma nəticəsi buraxılan 2 qol oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Voislav Stankoviç deyib.

 

Karyerasını İtaliyada davam etdirməyə yaxın olan futbolçu Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə Belqraddakı ilk oyunu (3:2) haqda fikirlərini açıqlayıb: “Özü də bu qolları özümüz yaratdıq. Bundan sonra isə xarakter nümayiş etdirdik. 5-6 qol imkanı əldə edib, hesabı bərabərləşdirdik. Sonda isə qələbə də qazandıq. Çox istəyərdim ki, cavab oyununda da komandama kömək edim. Amma “Palermo”ya keçidim həll olunmaq üzrədir. Bu da Bakıda oynamağıma mane ola bilər”.

0