[b]“Partizan”ın baş məşqçisi cəzalandırıldı[/b]
22.08.2014 - 10:45
[b]“Partizan”ın baş məşqçisi cəzalandırıldı[/b]

“Partizan”ın baş məşqçisi Marko Nikoliç cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, o, Serbiya Superliqasının növbəti turunun “Donyi Srem”lə matçında texniki zonada yer almayacaq.

 

Serbiya Futbol İttifaqının İntizam Komissiyasının sədri Slobodan Payoviç gənc çalışdırıcının cəzalandırılmasını belə əsaslandırıb: “Nikoliç son bir neçə gün ərzində 3 dəfə töhmət alıb və bu, cəza tətbiq olunarkən ağırlaşdırıcı hal kimi qəbul edilib. Bu müddəti 2013-cü ilin sentyabrından hesablamışıq. Sözsüz ki, təkrar qayda pozmalar sonda böyük sanksiyaların qəbul olunması ilə nəticələnir”.

 

Qeyd edək ki, “Partizan” “Radniçki” ilə oyunda baş məşqçisinin qaydaları pozmasına görə 200 min dinar da cərimə olunub.

 

0