Azərbaycan futbolunda ilk dəfə!
22.08.2014 - 11:24
Azərbaycan futbolunda ilk dəfə!

Azərbaycan klublarının avrokuboklarda çıxışının 22 illik tarixi ərzində ilk dəfə bir oyunda 2 avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Serbiyada “Partizan” üçün 2 qol vuran “Neftçi” antirekordun müəllifi olub.

 

İlk yarıda Denis Silva, fasilədən sonra Elvin Yunuszadə qapıları səhv salıb. Bunadək Azərbaycan təmsilçiləri 2 dəfə belə xətaya səhv vermişdi. Buna ilk dəfə 16 il əvvəl təsadüf olunmuşdu.

 

İndi “Bakı” adını daşıyan o vaxtkı “Dinamo” Rumıniyada öz qapısına qol vurmaqla “siftə” etmişdi. Həmin görüşün 3-cü dəqiqəsində Rafael Əmirbəyov ilk avtoqolumuzun müəllifi olmuşdu. 2004-cü ildə isə Azər Cabbarov “Qarabağ”ın “Dukla” (Slovakiya) ilə ev matçında “fərqlənmişdi”. “Neftçi” isə daha çox – 2 belə qol vurub. Bununla, avtoqollarımızın sayı 4-ə çatıb.

 

UEFA kuboku

22.07.1998. “Arceş” (Rumıniya) – “Dinamo” – 5:1

Avtoqol: Rafael Əmirbəyov, 3

 

UEFA kuboku
27.07.2004. “Qarabağ” – “Dukla” (Slovakiya) – 0:1
Avtoqol: Azər Cabbarov, 62

 

Avropa Liqası

21.08.2014. “Partizan” (Serbiiya) – “Neftçi” – 3:2

Avtoqollar: Denis Silva, 29, Elvin Yunuszadə, 69

0