“Tvente”nin debütantı: Səfərdə 0:0 hesabı yaxşı nəticədi
22.08.2014 - 11:40
“Tvente”nin debütantı: Səfərdə 0:0 hesabı yaxşı nəticədi

“Səfərdə 0:0 hesabı yaxşı nəticədi. Ancaq fikrimcə, doğma azarkeşlərimiz önündə qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tvente”nin futbolçusu Hakim Ziyex deyib.

 

Enshede təmsilçisinin “Herenven”dən transfer etdiyi 21 yaşlı yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”la oyunda meydana start heyətində çıxsa da, 77-ci dəqiqədə Şadraç Eqhanla əvəzləndi.

 

Ötən bazar “Tvente” ilə 4 illik müqavilə bağlayan futbolçu debüt etdiyi qarşılaşma haqqında bunları deyib: “Stadionda çoxlu azarkeş vardı və bu da oyunun atmosferinə həzz qatırdı. Növbəti həftə azarkeşlər bizim tərəfimizdə olacaq. Biz bütün gücümüzlə həmin oyuna hazırlaşacağıq”.

 

Qeyd edək ki, “Tvente” – “Qarabağ” matçı avqustun 28-də Hollandiyanın Enshede şəhərində olacaq.

0