Azərbaycandan A seriyasına getdi - FOTO
22.08.2014 - 11:59
Azərbaycandan A seriyasına getdi - FOTO

“Lokomotiv”in sabiq voleybolçusu Vera Klimoviç karyerasını İtaliyada davam etdirəcək. Bu barədə apasport.az saytına 26 yaşlı belaruslu blokçunun özü məlumat verib.

 

O bildirib ki, növbəti mövsümü A seriyasında mübarizə aparan “Kasalmaggiore” klubu ilə razılığa gəlib. Klimoviç Azərbaycanda qazandığı təcrübənin İtaliyada köməyinə çatacağını da deyib.

 

Qeyd edək ki, Belarus millisinin voleybolçusu son 5 mövsümü Bakı klubunda keçirib və “Lokomotiv”lə “Çelenc Cup”ı, Super Liqanın gümüş və bürünc medallarını qazanıb.

 

“Dəmiryolçular” son mövsümdəki uğursuzluqdan sonra heç bir oyunçu ilə müqaviləni artırmadığından Klimoviç də özünü yeni çempionatda sınaq qərarını qəbul edib. 

0