Robbert Sxilder: “Qarabağ”la əsl Avropa oyunu oldu
22.08.2014 - 12:21
Robbert Sxilder: “Qarabağ”la əsl Avropa oyunu oldu

“Sərt qarşılaşma keçdi. Yaxşı rəqibə qarşı oynadıq. Stadiondakı yaxşı atmosfer altında əsl Avropa oyunu oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tvente” klubunun futbolçusu Robbert Sxilder deyib.

 

Avroliqanın pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Tvente” görüşündə 90 dəqiqə forma geyən 28 yaşlı müdafiəçi qarşılaşma haqqında fikirlərini bildirib. “Ayaks”ın sabiq futbolçusu mərkəzi arenanın meydançasının durumundan şikayətlənib. 

 

Onun sözlərinə görə, cavab matçında yaxşı qazonda daha yaxşı oynayacaqlar: “Biz müdafiədən oynadıq və qol buraxmadıq. Bu nəticədən növbəti həftə yaxşı yararlanmalıyıq. Onda biz yaxşı meydançada öz azarkeşlərimiz önündə oynayacağıq. Sözsüz ki, bu gün qazonun pis vəziyyətdə olmasına görə oynamaq dözülməz idi”.

 

0