[b]Avrokuboklarda dubllar: Denis Silva 7-ci oldu[/b]
22.08.2014 - 14:05
[b]Avrokuboklarda dubllar: Denis Silva 7-ci oldu[/b]

“Neftçi” klubunun müdafiəçisi Denis Silva Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, braziliyalı legioner təmsilçilərimizin heyətində qitə miqyaslı yarışlarda dubl müəllifi olan ilk arxa xətt oyunçusudu.

 

Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la Serbiyadakı matçda 2 dəfə meydan sahiblərinin, bir dəfə öz komandasının qapısına qol vuran Denis qitə miqyaslı turnirlərdə dubl müəllifi olan 7-ci futbolçumuzdu. Onadək 22 illik avrokubok tarixində Azərbaycan klubları 6 dubla sevinmişdi.

 

Əvvəlki dubl müəlliflərinin hamısı hücumameylli futbolçular olub. İndiyədək ya hücumçu ya da ön xətdə oynamağa meylli yarımmüdafiəçilər eyni oyunda iki dəfə fərqlənmişdi. Denis isə ilk müdafiəçi kimi tarixə adını yazdırdı.

 

O, həm də dublunu səfərdə gerçəkləşdirən 5-ci oyunçudu. Belə ki, cəmi iki dəfə belə hadisə ölkəmizdəki ev oyununda yaşanıb.

 

Denis Vadim Vasilyevin 15 il əvvəlki uğurundan sonra “Neftçi”nin ikinci dublunu rəsmiləşdirib. “Bakı” və “İnter”in hərəyə 1, “Qarabağ”ın 4 dublu var.

 

Qeyd edək ki, Azərbaycan klubunun üzvü avrokuboklarda 2 dəfə het-trik edib.

 

Avrokuboklardakı dubllarımız

 

1999/2000

20 iyun. “Makkabi” (Hayfa, İsrail) – “Qarabağ” - 1:2

 Müşfiq Hüseynov - 2

12 avqust. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3

Vadim Vasilyev - 2

2009/10

21 iyul. “Bakı” - “Ekranas” (Litva) - 4:2

Feliks Felipe Almeyda - 2

2010/11

15 iyul. “Portadaun” (Şimali İralandiya) – “Qarabağ” - 1:2

Əfran İsmayılov - 2

2011/12

30 iyun. “Banqa” (Litva) – “Qarabağ” - 0:4

Vüqar Nadirov - 2

2012/13

5 iyul. “Trans” (Estoniya) – “İnter” - 0:5

Baçana Sxadadze – 2

 

0