[b]"Bakı-2015": Test yarışına qeydiyyat başladı[/b]
22.08.2014 - 14:10
[b]"Bakı-2015": Test yarışına qeydiyyat başladı[/b]

Gələn il keçiriləcək ilk Avropa Oyunları - "Bakı-2015"in proqramına daxil olan dağ velosipedi (MTB) üzrə sınaq yarışına mətbuat nümayəndələrinin qeydiyyat prosesi start götürüb. Apasport.az saytının məlumatına görə, yarış bu il oktyabrın 18-də Bakıda Dağ Velosipedi veloparkında keçiriləcək.

 

Tədbirdə kişi və qadın idmançılar üçün elit yarışlar nəzərdə tutulub. Yarış Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına da daxil edilib.

 

Sınaq yarışı "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Qeyd edək ki, Dağ Velosipedi Veloparkı Bakıda yeni tikilmiş idman obyektlərindən biridir və 12-28 iyun, 2015-ci il tarixlərində "Bakı-2015" Avropa Oyunları çərçivəsində keçiriləcək Dağ Velosipedi yarışları da məhz bu məkanda baş tutacaq.

 

Dağ Velosipedi İdmanı üzrə sınaq yarışında iştirak etmək istəyən mətbuat nümayəndələrindən xahiş olunur ki, sentyabrın 19-dək ərizə formasını doldurub [email protected] ünvanına göndərsinlər.

 

Əlavə məlumatı aşagıdakı linklərdən də ala bilərsiniz.

http://www.baku2015.com/az/news/mountain-bike-test-event-accreditation

http://www.baku2015.com/en/news/mountain-bike-test-event-accreditation

http://uec.ch/news-1/item/329-baku-2015-european-games-mountain-bike-test-event-technical-guide.html

 

0