UEFA-dan Məmmədov üçün növbəti təyinat
22.08.2014 - 15:55
UEFA-dan Məmmədov üçün növbəti təyinat

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov növbəti təyinatını alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, UEFA həmyerlimizi Çempionlar Liqasının pley-off mərhələsində BATE (Belarus) - "Slovan" (Slovakiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyin edib.

 

Matç avqustun 26-da, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək.

 

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 

0