Gözlənilən təxirəsalmalar
22.08.2014 - 17:06
Gözlənilən təxirəsalmalar

“Qarabağ” və “Neftçi”nin Topaz Premyer Liqasının III turunun oyunları təxirə salınıb. Apasport.az saytının xəbərinə görə, hər 2 klub Avroliqanın pley-off mərhələsində çıxış etdiklərini və bu turnirin qrup mərhələsinə yüksəlmək şanslarının olmasını göstərərək PFL-ə müraciət edib.

 

Yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alaraq, PFL “Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” matçlarını başqa tarixə keçirmişdir.

 

Qeyd edək ki, “Qarabağ” bazar günü Naxçıvanda, “Neftçi” isə ertəsi günü Şüvəlanda oyuna çıxmalıydı.

0