“İnter” “Sumqayıt”a uduzmur
22.08.2014 - 17:17
“İnter” “Sumqayıt”a uduzmur

Topaz Premyer Liqasının III  turu çərçivəsində keçiriləcək “İnter” – “Sumqayıt” görüşü hər iki komanda üçün sayca 9-cu olacaq. Apasport.az saytının məlumatına görə, hazırda turnir cədvəlinin liderləri olan bu klublar indiyədək bir-birilə 8 dəfə qarşılaşıb və bütün oyunlar ölkə çempionatına təsadüf edib.

 

Həmin matçlardan “İnter” rəqibini 7 dəfə məğlub etdiyi halda, 1 görüşdə heç-heçə qeydə alınıb.

 

     Komanda

   O

   Q

   H

   M

 Toplar

“İnter”

8

7

1

0

12-0

“Sumqayıt”

8

0

1

7

0-12

 

Komandalar ilk dəfə 2011-ci ilin sentyabrında üz-üzə gəliblər. Sumqayıt şəhər Mehdi Hüseynzadə adına stadionunda baş tutan həmin görüş 2:0 hesabıyla "İnter"in xeyrinə başa çatıb. “Sumqayıt” - “İnter” oyunlarında ilk qolun müəllifi Arif Daşdəmirov olub.

 

Bunadək komandaların keçirdiyi oyunların cədvəlini diqqətinizə çatdırırıq:

 

Mövsüm

Oyun

Hesab

2011/12

“Sumqayıt”-“İnter”

0:2

2011/12

“İnter”-“Sumqayıt”

2:0

2012/13

“İnter”-“Sumqayıt”

1:0

2012/13

“Sumqayıt”-“İnter”

0:0

2013/14

“Sumqayıt”-“İnter”

0:2

2013/14

“İnter”-“Sumqayıt”

2:0

2013/14

“Sumqayıt”-“İnter”

0:1

2013/14

“İnter”-“Sumqayıt”

2:0

 

Mənbə: inter.az

0