“Qəbələ”dən “Bakı”ya zərbə
23.08.2014 - 09:02
“Qəbələ”dən “Bakı”ya zərbə

Əvəzedicilərin Azərbaycan çempionatında III tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında “Qəbələ” “Bakı” ilə görüşüb.

 

Paytaxtın eyniadlı təmsilçisinin qonağı olan “qırmızı-qaralar” ardıcıl 2-ci qələbəni qazanıblar. Luis Araqonun yetirmələri 3 xalı 2 qolla qazanıb. “Qəbələ”nin qalib gəlməsi erkən qollar sayəsində gerçəkləşib.

 

Matçın qəhrəmanı isə dubla imza atan Fərid Səmədzadə olub. 21 yaşlı yarımmüdafiəçi artıq oyunun 3-cü dəqiqəsində hesabı açıb. Qarşılaşmanın 6-cı dəqiqəsində isə Fərid 2-ci dəfə fərqlənib. Bu qələbə “Qəbələ”nin əvəzedicilərin çempionatında 2-ci pilləyə yüksəlməsi üçün yetərli olub. “Qırmızı-qaralar” eyni zala malik olduğu liderdən yalnız top fərqində geri qalır.

 

“Bakı” - “Qəbələ” - 0:2

Fərid Səmədzadə, 3; 6

 

 

1

  Qarabağ

2

2

0

0

5-2

6

2

  Qəbələ

3

2

0

1

6-5

6

3

  Neftçi

2

1

1

0

4-2

4

4

  İnter

2

1

0

1

5-2

3

5

  Xəzər Lənkəran

2

1

0

1

4-2

3

6

  Simurq

1

1

0

0

2-0

3

7

  AZAL

2

1

0

1

1-2

3

8

  Araz Naxçıvan

2

0

1

2

2-5

1

9

  Bakı

2

0

0

2

1-5

0

10

  Sumqayıt

2

0

0

2

2-7

0

 

 

0