AZAL-ın qapıçısına Moldovadan dəvət
23.08.2014 - 10:30
AZAL-ın qapıçısına Moldovadan dəvət

Moldova millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının AZAL klubunun futbolçusu Stanislav Namaşko da yığmaya dəvət alıb.

 

Bu yay transfer olunan qapıçı İon Karasın ilkin siyahısına düşüb. Namaşko AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda forma geymək şansı qazananlar arasında yer alıb. Bu heyət sentyabrın 8-də Monteneqro ilə səfərdə keçiriləcək matçın hazırlıqlarına qatılacaq.

0