Torres “Çelsi”ni tərk etməyə hazırdır
26.08.2014 - 04:59
Torres “Çelsi”ni tərk etməyə hazırdır

 

 

“Çelsi”nin futbolçusu Fernando Torres London klubunu tərk etməyə hazır olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, o bunun üçün klubun müqavilədə yazılan bütün məbləği ödəməsini istəyir.

 

Britaniya mətbuatının yazdığına görə, məbləğ 16 milyon funt təşkil edir. Çünki hücumçunun klubla müqaviləsi 2016-cı ilin yayına qədər qüvvədədir.

 

Bundan əvvəl mətbuatda Torreslə “Roma” və “Atletiko”nun maraqlı olduğu barədə məlumat yayılmışdı. Amma “Çelsi”nin baş məşqçisi Joze Mourinyo 30 yaşlı futbolçu ilə vidalaşmaq niyyətində olmadığını vurğulayıb: “Biz Torresi satmaq fikrində deyilik. Mənə komandada 3 hücumçu lazımdır. Mən onlarsız bu mövsüm uğur qazana bilmərəm”.

 

 

0