Olimpiadada növbəti medal - FOTO
26.08.2014 - 08:32
Olimpiadada növbəti medal - FOTO

Azərbaycan millisi Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında növbəti medalını əldə edib. Apasport.az saytının məlumatına görə, komandamıza 8-ci mükafatı atletimiz Nazim Babayev qazandırıb.

 

Üç təkanla tullanmada ölkəmizi təmsil edən 16 yaşlı idmançı 3-cü yeri tutub. Təsnifat yarışlarında 15,65 m nəticə göstərərək, final yüksələn Babayev həlledici mərhələdə 15,96 m nəticə ilə bürünc medala layiq görülüb.

 

Babayevdən öncə İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi) və Boris Yotov (akademik avarçəkən) gümüş medalla kifayətlənmişdilər.

0