Bakı klubu Rivettiyə tapşırıldı!
26.08.2014 - 09:03
Bakı klubu Rivettiyə tapşırıldı!

“İqtisadçı”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, son mövsümü üçüncü pillədə başa vuran “universitet komandası”nın “sükanı” braziliyalı Aleksandr Rivettiyə həvalə olunub.

 

Onunla 1 illik müqavilə bağlanıb. Son mövsümü ölkəsində kişilərdən ibarət “Kampinas”ı çalışdıran və komandasına bürünc medal qazandıran Rivettinin qarşısına əsas məqsəd kimi CEV kubokunda inamlı çıxış və Super Liqada ən azı “Dördlər finalı”na yüksəlmək tapşırığı qoyulub.

 

Qeyd edək ki, Rivetti Bakı klubunda türkiyəli Bülənt Karslıoğlunu əvəzləyib.

0