[b]“Xəzər Lənkəran”dan ayrılıb bu gün “İnter”lə müqavilə bağlayır[/b]
26.08.2014 - 09:07
[b]“Xəzər Lənkəran”dan ayrılıb bu gün “İnter”lə müqavilə bağlayır[/b]

“İnter” “transfer pəncərəsi”nin bitməsinə günlər qalmış son keçidini həll etməyə yaxındır. Apasport.az saytının klubdan əldə etdiyi məlumata görə, “bankirlər” hücumdakı boşluğu tam adı Nildo Fransa Junior olan braziliyalı futbolçu ilə doldurmaq istəyir.

 

“Xəzər Lənkəran”la hələ 1 illik müqaviləsi olsa da, klubun istədiyi məbləği öz hesabına ödəyən Nildo bu gün tibbi baxışdan keçəcək. Müayinənin nəticəsi müsbət olacağı təqdirdə, 30 yaşlı futbolçu ilə bu gün 1 illik müqavilə bağlanılacaq.

 

Qeyd edək ki, “İnter”in buna qədər hücum xəttində çıxış edən futbolçuları gürcüstanlı Baçana Sxadadze və kosta-rikalı Dieqo Madriqaldır. Madriqalın əslində yarımmüdafiəçi olduğunu nəzərə alsaq, “bankirlər” irəli xətdə yalnız baş məşqçisinin oğlunun ümidinə qalmışdı.   

0