Millimizin rəqibi üçün 22 futbolçu
26.08.2014 - 10:20
Millimizin rəqibi üçün 22 futbolçu

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İsrail yığması bu gün təlim-məşq toplanışına start ferir. Apasport.az saytının məlumatına görə, sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq israillilər son seçmə matçlarına hazırlığa başlayacaq.

 

Almaniyalı baş məşqçi Mixael Nees toplanışda 22 futbolçuya şans verib. Rəqibimizin iki günlük təlim-məşq toplanışına 2 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 2 qapıçı dəvət alıb.

Qapıçılar: Roy Mişpati (“Aşdod”), Din Qal (“Makkabi”, Netanya)

Müdafiəçilər: Yain Hassan, İvad Abu Abid (hər ikisi “Makkabi”, Netanya), Adi Qotlib (“Hapoel”, Akre), Nes Vehava (“Nes Tubruk”), Tal Kaçila, Eli Dasa (hər ikisi“Beytar”), Taleb Tavata (“Makkabi”, Hayfa), Avraham Çekol (“Hapoel”, Təl-Əviv)
 

Yarımmüdafiəçilər: Roy Kohat, Ofir Mizrahi (hər ikisi “Hapoel”. Kiryat-Şmona), Azad Azam (“Hapoel”, Hayfa ), Ataa Cabir (“Makkabi”, Hayfa), Lidor Kohen, Omer Atzili (hər ikisi “Beytar”), Qadi Kinda (“Aşdod”), Dia Saba (“Makkabi”, Netanya), Omri Altman (“Hapoel”, Petah-Tikva), Avuad Burla (“Bney Yehuda”)

Hücumçular: Şoval Qozlan (“Hapoel”, Təl-Əviv), Şahar Hirş (“Makkabi”, Petah-Tikva)

 

0