Millimizin debütantına zədə mane oldu
26.08.2014 - 10:34
Millimizin debütantına zədə mane oldu

Özbəkistanla görüşdə millimizin heyətində debüt etmiş Emin Nurinin çıxış etdiyi “Kalmar” İsveç çempionatında XXI turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Kalmar təmsilçisi doğma azarkeşləri önündə ötən mövsüm Avroliqada “Qarabağ”ın turnirdən kənarlaşdırdığı “Gefle”ni qəbul edib.

 

Görüş əlavə olunmuş dəqiqələrdə vurduğu qol hesabına “Kalmar”ın qələbəsi ilə başa çatıb – 2:1. Nuri bu görüşdə “18-liy”ə salınmayıb. Buna səbəb onun millimizin yoldaşlıq oyununun əlavə olunmuş dəqiqələrində omba nahiyəsindən zədələnərək yerini Elnur Allahverdiyevə verməsidir. Bu nəticədən sonra “Kalmar” 34 xalla VI pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Emin Nuri zədələnməmişə qədər “Kalmar”da müdafiənin sağında əvəzolunmaz futbolçu idi. O, avqustun 14-də Henrik Larssonun baş məşqçisi olduğu “Falkenberq” üzərində qazanılan qələbədə (3:1) əlavə olunmuş dəqiqələrdə qol vurmağı da bacarmışdı.

0