Meydandan qovulanların cəzası açıqlandı
26.08.2014 - 11:53
Meydandan qovulanların cəzası açıqlandı

Əvəzedici heyətlərin Azərbaycan çempionatının III turu iki futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi turun baş tutan matçlarında yaşananlarla bağlı qərarlarını açıqlayıb.

 

“Bakı” ilə matçının 33-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Şirməhəmməd Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu üzdən də futbolçu 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.

 

“Simurq” – “Xəzər Lənkəran” matçında meydan sahiblərinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün zaqatalalılar 500 manat ödəməli olacaq. Oyunun 52-ci dəqiqəsində “Simurq”un futbolçusu Roini İsmayılov qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq cəza alıb və komandasını 100 manat ziyana salıb.

0