Andreas Byelland: Mütləq qalib gəlməliyik
26.08.2014 - 12:20
Andreas Byelland: Mütləq qalib gəlməliyik

“Qarabağ”la qarşılaşma bizim üçün həlledicidir. Bu üzdən mütləq qalib gəlməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun futbolçusu Andreas Byelland deyib.

 

O bildirib ki, Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la avqustun 28-dəki cavab oyunu çox böyük əhəmiyyət kəsb edib: “Azarkeşlərimizin dəstəyi ilə qrup mərhələsində düşmək istəyirik. Biz ötən mövsümdə də qrupda oynamışıq. Orada mübarizə aparmaq böyük təcrübədir. Bu səviyyədə yarışlarda daha çox oynamaq istəyirik. Ümid edirik ki, tərəfdarlarımızın dəstəyi ilə yenə bunu bacaracağıq”.

0