Əvvəl “Neftçi”, sonra “Partizan”
26.08.2014 - 13:07
Əvvəl “Neftçi”, sonra “Partizan”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” matçından əvvəl təşkil olunacaq tədbirlərin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oyundan 1 gün öncə hər iki klubun açıq məşqi və baş məşqçilərinin mətbuat konfransı olacaq.

 

Avqustun 27-də media nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionuna yığışacaq. Saat 19:30-da “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı, 20:00-da isə təmsilçimizin ilk 15 dəqiqəsi açıq olan məşqi baş tutacaq.

 

“Partizan”ın çalışdırıcısı Marko Nikoliç 20:30-da jurnalistlər önünə çıxacaq. Yarım saat sonra isə qonaqların məşqi start götürəcək ki, bunun da ilk 15 dəqiqəsini izləmək mümkün olacaq.

0