“İnter”in legionerləri qaçır, yerliləri baxır
26.08.2014 - 13:12
“İnter”in legionerləri qaçır, yerliləri baxır

“İnStat Football” şirkəti Topaz Premyer Liqasının III turunun “İnter” – “Sumqayıt” oyunu ilə bağlı statistik göstəriciləri meydan sahiblərinə təqdim edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin futbolçuları oyun ərzində ümumilikdə 118,3  kilometr məsafə qət edib.

 

Meydanda ən çox hərəkət edən 5 futbolçudan ibarət siyahıda isə yalnız legionerlər yer alıb. Ən çox qaçan 5 oyunçudan 3-ü milliləşən, 2-si milliləşməyən legionerdir. Yerlilər isə daha çox qaçmaqda onlardan geri qalır.

 

futbolçu

Məsafə

1

Derlis Meza Kolli

12160 m

2

Arif Daşdəmirov

 11530  m

3

Mikel Alvaro

11380 m

4

Məhəmməd Mirzəbəyov

11278 m

5

Abdulla Abatsiyev

10919 m

 

0