Azərbaycanlı hakim Latviyaya təyinat aldı
26.08.2014 - 16:48
Azərbaycanlı hakim Latviyaya təyinat aldı

FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmalarda iştirak edəcək.

 

Salmanov sentyabrın 24-dən oktyabrın 1-dək Latviyada keçiriləcək V qrupun oyunlarında meydana çıxacaq. Bu qrupda Ukrayna, İsveç, Yunanıstan və Latviya komandaları mübarizə aparacaq.

0