[b]Bolqarıstan millisi Bakıya 12 legionerlə gələcək[/b]
26.08.2014 - 17:35
[b]Bolqarıstan millisi Bakıya 12 legionerlə gələcək[/b]

Bolqarıstan milli komandasına dəvət alan legionerlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsinin sentyabrın 9-da Bakıda baş tutacaq ilk rəqibi bu matça ölkə xaricində çıxış edən 12 futbolçu ilə gələcək.

 

Bu matçın hazırlıqlarına avqustun 31-də start verəcək Bolqarıstan millisinin çalışdırıcısı Lyuboslav Penev tam heyəti dəqiqləşdirməsə də, xaricdə çıxış edənlərlə bağlı qərarını verib. Heyətdə İngiltərə, Rusiya, Almaniya, İtaliya, hətta Çindən də futbolçu dəvət alıb.

 

Penev Nikolay Bodurov ("Fulhem", İngiltərə), Petar Zanev ("Amkar", Rusiya), Stanislav Manolev ("Dinamo", Moskva, Rusiya), Simeon Slavçev ("Sportinq", Portuqaliya), Georgi Milanov (MOİK, Moskva, Rusiya), Georgi İliyev, Emil Qarqorov (hər ikisi "Şedzyajuan", Çin), İvelin Popov ("Kuban", Rusiya), Andrey Qelbinov ("Livorno", İtaliya), İlian Mitsanski ("Karlsrue", Almaniya), İvan İvanov ("Bazel", İsveçrə),Todor Nedelevə ("Mayns", Almaniya) dəvət göndərib.

0