“Partizan”ın həkimi: Onun Bakıda oynayıb-oynamayacağı məşqlərdən sonra bilinəcək
26.08.2014 - 17:54
“Partizan”ın həkimi: Onun Bakıda oynayıb-oynamayacağı məşqlərdən sonra bilinəcək

“Neftçi” və “Donyi Srem”lə matçları zədə səbəbindən buraxan “Partizan”ın sol cinah müdafiəçisi Vladimir Volkov sağalıb. Apasport.az saytının məlumatına görə, rusmənşəli Monteneqro yığmasının üzvü 8 günlük terapiyadan sonra komandası ilə bu gün keçirilən məşqlərdə iştirak etməyə başlayıb.

 

“Partizan”ın həkimi İliya Rosiç isə onun Bakıda meydana çıxıb-çıxmayacağının hələ dəqiqləşmədiyini bildirib: “Baxaq görək, o, məşqlərdən necə çıxacaq. Volkovun məşqlərdə özünü rahat hiss etməsindən hər şey asılı olacaq. Bundan sonra onun cümə axşamı Bakıda oynayıb-oynamayacağı bilinəcək”.

 

Qeyd edək ki, “Partizan” - “Neftçi” oyununda Vladimir Volkovun yerinə müdafiənin solunda Nemanya Petroviç çıxış etmişdi.

0