Junior Nildo rəsmən “İnter”də
26.08.2014 - 17:49
Junior Nildo rəsmən “İnter”də

Braziliyalı futbolçu Junior Nildonun "İnter"ə keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, əvvəllər AZAL və “Xəzər Lənkəran”da oynamış hücumçu ilə 1+1 il sistemi üzrə müqavilə imzalandı.

Legioner əvvəlki klublarında olduğu kimi 12 nömrəli forma altında çıxış edəcək. Artıq onun adı bu gün PFL-dəki  sifariş ərizəsinə əlavə olunub.

Qeyd edək ki, Nildo Premyer Liqada 63 oyuna 29 qol vurub.

 

0